Bank Of Baku

“İnkişafın Azərbaycan modeli” kitabının təqdimatı keçirilib - FOTOSESSİYA

“İnkişafın Azərbaycan modeli” kitabının təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 09 dekabr 2010 09:27 (UTC +04:00)
APA-nın məlumatına görə, təqdimat mərasiminə Azərbaycanın bir sıra dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, KİV rəhbərləri və deputatlar qatılıb. Tədbirdə qeyd olunub ki, kitabın ideya rəhbəri və ön sözün müəllifi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, redaktoru Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, kitabın buraxılışına məsul «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, kitabda Azərbaycanın iqtisadi inkişaf yolları və bu sahədə həyata keçirdiyi tədbirlər təhlil olunub: «Azərbaycan dünyada yeganə dövlətdir ki, ölkənin inkişafının bütün sahələri konkret dövlət proqramları ilə əhatələnib. Azərbaycan rəhbərliyi MDB məkanında keçid dövrünün başa çatdığını ilk dəfə rəsmən elan etdi. Məhz bunun nəticəsidir ki, ölkə iqtisadiyyatı son illər artım tempinə görə dünya ölkələri arasında ilk yerlərdə qərarlaşıb. Dünyada hökm sürmüş qlobal böhranın Azərbaycana minimum təsiri də bu məqsədyönlü tədbirlərin nəticəsi olub”.

Akademik Asəf Nadirov isə çıxışında Azərbaycanda tətbiq olunan iqtisadi inkişaf modelinin nəzəriyyəsindən danışıb: «Dünyada tətbiq edilən iqtisadi modellər çoxsaylıdır. Amma müxtəlif ölkələrdə inkişafın özünəməxsus xüsusiyyətləri var. Azərbaycan dövləti heç bir dövlətdən asılı olmadan öz inkişaf yolunu müəyyənləşdirib. Təsadüfü deyil ki son zamanlar dünyadakı maliyyə-iqtisadi böhrandan çox az zərərlə çıxıb. Bu gün Azərbaycan təcrübəsindən dünyanın bir çox ölkələri bəhrələnmək istəyirlər».

Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev isə deyib ki, kitabda müstəqillik dövründə Azərbaycanın keçdiyi inkişaf yolu sanballı arqumentlərlə təhlil olunub və diqqətə çatdırılıb: «Azərbaycanın milli inkişaf modeli Heydər Əliyevin adı ilə bağlıdır. Kitabda da bu ardıcıl surətdə, sistemli şəkildə açıqlanıb. Azərbaycanın əksər makroiqtisadi göstəriciləri qonşu Ermənistan və Gürcüstanın birgə göstəricilərindən 4-5 dəfə yüksəkdir».
Ş. Hacıyev onu da qeyd edib ki, dövlət başçısının Azərbaycanda keçid dövrünün başa çatması barədə bəyanatı onu deməyə əsas verir ki, artıq islahatlar da başa çatıb.

YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov qeyd edib ki, bu mövzu bir neçə ildir Azərbaycan cəmiyyətini düşündürür: ”Azərbaycanın inkişaf modeli deyəndə bunun bazası kimi ölkədəki ictimai-siyasi sabitliyi qeyd etmək lazımdır”.
Ə. Əhmədov həmçinin əlavə edib ki, Azərbaycan özünün inkişafının modelini müəyyənləşdirib və zaman keçdikcə də modernləşəcək.

Millət vəkili, iqtisadçı Əli Məsimli qeyd edib ki, kitab Azərbaycanın iqtisad elmində irəliyə doğru addımdır. Onun sözlərinə görə, kitab həm fəlsəfi, həm nəzəri, həm də praktiki nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir.

Millət vəkili Fazil Mustafa da kitabın dəyəri, əhəmiyyəti barədə danışıb, ideya müəllifinə, yaradıcı heyətə təşəkkürünü bildirib.

Kitabın redaktoru, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında qeyd edib ki, kitab orjinal bir nəşrdir. Bu kitab təhlillər və dəyirmi masalar üçün əsas yaradır: “Azərbaycanın inkişaf modelinin təməlində ümummilli lider Heydər Əliyev dayanır. Dövlətin inkişafı tək iqtisadiyyat üzərində qurulmur. İqtisadiyyat bunun bazasını təşkil edir. Əminəm ki, gələcəkdə ayrı-ayrı tədris müəssisələri, alimlər buradakı məsələlərlə bağlı müzakirələri davam etdirəcəklər. Əsas məsələ odur ki, Azərbaycan dövlətinin iradəsi ortadadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR