Bank Of Baku

Azərbaycanın təhsil naziri Bakı Dövlət Universitetinin Beynəlxalq Akademik Perspektivlər İnstitutunun reytinq cədvəlində tutduğu yeri layiqli sayır

Azərbaycanın təhsil naziri Bakı Dövlət Universitetinin Beynəlxalq Akademik Perspektivlər İnstitutunun reytinq cədvəlində tutduğu yeri layiqli sayır
# 09 dekabr 2010 10:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Bu məlumatı mətbuatdan oxudum. Amma təəssüf edirəm ki, mətbuatda bəzi məlumatları bilərəkdən, ya da bilməyərəkdən mənfi tərəfə yozurlar. Gəlin, etiraf edək ki, biz hələ belə mötəbər yarışda iştirak etməmişik”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov Beynəlxalq Akademik Perspektivlər İnstitutunun hazırladığı dünya ali məktəblərinin reytinq cədvəlində Bakı Dövlət Universitetinin 1951-ci yer tutmasına münasibət bildirərkən deyib. O, Bakı Dövlət Universitetinin bu yarışda yer almasını irəliyə doğru atılmış addım hesab edir: “Dünyada on minlərlə universitet var. Moskva Dövlət Universiteti heç dünyanın ilk 100 universitetinin siyahısına düşə bilmir. Belə halda kim nə deyirsə desin, mən bu fikirdəyəm ki, Bakı Dövlət Universitetinin bu yarışda iştirakı irəliyə doğru atılmış bir addımdır. Tutduğu yeri də layiqli yer hesab edirəm. Gələcəkdə yəqin ki, daha yaxşı yer tutacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR