Bank Of Baku

MM-in Elm və təhsil Komitəsinin üzvü: “Özəlləşdirilmiş məktəbəqədər təhsil müəssisələri təyinatı üzrə istifadə edilmir”

MM-in Elm və təhsil Komitəsinin üzvü: “Özəlləşdirilmiş məktəbəqədər təhsil müəssisələri təyinatı üzrə istifadə edilmir”
# 09 dekabr 2010 12:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Ölkədəki özəlləşdirilmiş məktəbəqədər təhsil müəssisələri təyinatı üzrə istifadə edilmir”. APA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin (MM) Elm və təhsil Komitəsinin üzvü Bəxtiyar Əliyev Komitənin iclasında deyib. B. Əliyev təklif edib ki, yeni “Təhsil haqqında” qanunun qəbulu ilə əlaqədar özəlləşmə ilə bağlı mövcud qanunlara da əlavə və dəyişikliklər edilsin: “Çünki yeni qanunda təhsil müəssisələrinin təyinatı və onların istifadəsi qaydaları göstərilib. Özəlləşmə ilə bağlı qanunlara müvafiq əlavə və dəyişikliklər edilərsə, hazırkı uşaq bağçalarının taleyinə biganə qalmayacağıq. Yəni, gələcəkdə həmin bağçalar özəlləşdirilərsə, onların məhz təyinatı üzrə yenidən qurulub müasir səviyyədə xalqın istifadəsinə verilməsinə şərait yaradar”.

Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev isə jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda məktəbəqədər təhsil 6-7 yaşına qədər olan uşaqların 20 faizə qədərini əhatə edir: “Kənd yerlərində bu göstərici bir qədər də aşağıdır. Ancaq Avropa ölkələrində analoji göstəricilər 80-90 faiz səviyyəsindədir. Əlbəttə, bir ilə bu səviyyəyə çatmaq mümkün deyil. Ancaq əminəm ki, Azərbaycanda bu sahədə də qısa müddətdə ciddi dönüş olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR