Bank Of Baku

Bakıda Şaxta baba olmaq istəyənlər üçün müraciətlərin qəbuluna başlanıb

Bakıda Şaxta baba olmaq istəyənlər üçün müraciətlərin qəbuluna başlanıb
# 09 dekabr 2010 13:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti Yeni İl ərəfəsində paytaxtda Şaxta baba xidməti göstərmək istəyən şəxslərdən müraciətlərin qəbuluna başlayıb. Bu barədə APA-ya departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.

Ə. Bağırovun sözlərinə görə, departament Dənizkənarı Bulvar istisna olunmaqla, paytaxtın meydanlarında və parklarında Şaxta baba xidməti (Qar qızı və foto çəkilişi daxil olmaqla) üçün icazə verir: «Bu ərazilərdə Şaxta baba xidməti göstərmək istəyənlər müraciət etməli və lisenziya almalıdırlar. Əks halda Şaxta babaların fəaliyyətinə icazə verilməyəcək və onların qarşısı alınacaq».

Qeyd edək ki, ötən il Şaxta baba lisenziyasının qiyməti 60 manat təşkil edib.

Xatırladaq ki, Dənizkənarı Bulvarda Şaxta babalara lisenziyanı Dənizkənarı Bulvar İdarəsi, tədbirlərə və karnavallara qatılan səyyar Şaxta babalara isə Mədəniyyət və Turizm Nazirliyi icazə verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR