Bank Of Baku

İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO

İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 09 dekabr 2010 14:36 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Bakıda BMT-nin İctimai İnformasiya Departamenti Azərbaycan nümayəndəliyinin və BMT-nin agentliklərinin təşkilatçılığı ilə 10 dekabr – İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, BMT-nin İctimai İnformasiya Departamenti Azərbaycan nümayəndəliyinin ictimai informasiya üzrə icraçısı Araz Yusubov bildirib ki, bu il İnsan Hüquqlarının Gününün mövzusu “Səsimizi ucaldaq, diskriminasiyaya son qoyaq”dır. Onun sözlərinə görə, bəzən insanların hüquqlarını qoruyan hüquq müdafiəçilərinin özlərini də qorumaq lazım gəlir.

İnsan hüquqları üzrə müvəkkilin müşaviri Yeganə Cəfərova isə deyib ki, diskriminasiya məsələsi hüquq müdafiəçilərinin və müvəkkilin diqqət mərkəzindədir. Müşavirin dediyinə görə, diskriminasiyanın müxtəlif növləri var və onların səbəbləri araşdırılmalıdır.

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev isə bildirib ki, 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamə qəbul edilib. Bu bəyannamənin qüvvəyə minməsindən sonra BMT səviyyəsində qəbul edilmiş sənədlərdə gender bərabərliyinin qəbul edilməsi qeyd edilib. F. Babayev deyib ki, qadınların hüquqlarının pozulması sosial-iqtisadi sahələrdə daha çox baş verir.

Tədbirdə BMT-nin baş katibi və İnsan Hüquqları üzrə Ali Komissarın İnsan Hüquqları Günü münasibəti ilə video-müraciəti də səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR