Bank Of Baku

Azərbaycanda məişət zorakılığına məruz qalan insanlar üçün sığınacaq mərkəzləri yaradılacaq

Azərbaycanda məişət zorakılığına məruz qalan insanlar üçün sığınacaq mərkəzləri yaradılacaq
# 09 dekabr 2010 14:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanın dörd rayonunda məişət zorakılığına məruz qalan insanlar üçün sığınacaq mərkəzləri yaradılacaq. APA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, yaxın vaxtlarda Lənkəranda ilk mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Xaçmaz, Zaqatala və Gəncədə isə mərkəzin yaradılması üçün hazırlıq işləri aparılır.

Komitə sədrinin müavini onu da əlavə edib ki, Azərbaycanda 1998-ci ildən sonra qadınların hüquqlarının qorunması istiqamətində bir çox işlər görülüb və müəyyən nəticələr əldə edilib: “Məişət zorakılığına daha çox qadınların məruz qaldığı bildirilsə də, zorakılığın qurbanları daha çox uşaqlar olur. Hüquqların pozulmasının əsas mərkəzi ailədir. Yəni bünövrə ailədən başlayır”.

S. Qəhrəmanova bildirib ki, “Gender bərabərliyi haqqında” qanun qəbul olunsa da, onun işlək olması üçün çalışmaq lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR