Bank Of Baku

Azərbaycanda Yevlax-Xaldan magistral qaz kəmərində sızmalar baş verib

Azərbaycanda Yevlax-Xaldan magistral qaz kəmərində sızmalar baş verib
# 10 dekabr 2010 07:20 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli sakinlər məlumat verib. Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarına təbii qazın verilməsi bu gün səhər saat 08.00 radələrindən dayanıb. Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-ya verilən açıqlamada fakt təsdiqlənib. Buna səbəb kimi Yevlax-Xaldan magistral qaz kəmərində qaz sızmalarının baş verməsi göstərilib.
Hazırda Ağdaş Magistral Qax Kəməri İdarəsinin əməkdaşları qaz sızmalarını aradan qaldırmaq istiqamətində təmir işlərinə başlayıb. Günün sonuna kimi təmir işlərinin başa çatdırılacağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR