Bank Of Baku

“Azərsun Holdinq” “Kimsəsizlərin kimsəsi olaq” mövzusunda seminar keçirib - FOTO

“Azərsun Holdinq” “Kimsəsizlərin kimsəsi olaq” mövzusunda seminar keçirib - <font color=red>FOTO</font>
# 10 dekabr 2010 08:40 (UTC +04:00)
Bakı-APA. “Azərsun Holdinq” “Kimsəsizlərin kimsəsi olaq” mövzusunda seminar təşkil edərək bu sahə ilə yaxından maraqlanan fərd və təşkilatları öz ətrafına toplayıb. APA-nın məlumatına görə, “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində uşaq təlim və tərbiyəsi ilə bağlı bir neçə layihə və kitabın müəllifi Şahnaz Arasın iştirakı ilə seminar təşkil olunub. Seminarda uşaq evlərində fəaliyyət göstərən pedaqoqlar, kimsəsiz uşaqların problemlərinin həlli istiqamətində fəaliyyət göstərən QHT nümayəndələri, mütəxəssislər iştirak ediblər. İştirakçılar bu sahədəki beynəlxalq təcrübə, ölkəmizdəki mövcud vəziyyət və prioritetləri müzakirə ediblər. İştirakçılar bildiriblər ki, valideyn diqqəti və qayğısı uşaqlar üçün çox önəmlidir: “Bu onların bir-birilərinə və ətraflarına daha həlim, mülayim, mehriban və qayğıkeş yetişməsinə səbəb olan çox mühüm bir başlanğıcdır. Uşaq evlərində, internatlarda yaşayan və valideyn himayəsindən məhrum olan uşaqlarda isə vəziyyət bambaşqadır. Bu uşaqlar adətən özlərinə qapanıq, sonradan aqressivliyə çevriləcək qədər sakit, ünsiyyətdən uzaq və əyləncəyə meylli olmayan, təkliyi sevən və buna üstünlük verən olurlar. Qeyd olunan problemlərin aradan qaldırılması üçün bu tip uşaqlarla davamlı əlaqə saxlanılması, onlara ailə qayğısını əvəz edə biləcək diqqətin göstərilməsi zəruridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR