Bank Of Baku

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev: «Azərbaycana bədən daxilində narkotiklərin gətirilməsi halları xeyli artıb»

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev: «Azərbaycana bədən daxilində narkotiklərin gətirilməsi halları xeyli artıb»
# 10 dekabr 2010 09:11 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin sözlərinə görə, bir qədər əvvəl ölkədən valyuta ilə 1,8 mln. dollar çıxarmağa cəhdin qarşısı alınıb və hazırda bu məsələ məhkəmədə araşdırılır.

Komitə sədri son vaxtlar külli miqdarda olmasa da, narkotik maddələrin İrandan keçirilməsi hallarının artdığını bildirib: «Maraqlıdır və eyni zamanda təəssüf doğurur ki, bəzən gün ərzində bir neçə belə hal qeydə alınır». Artıq insanların narkotik maddələri bədən üzərində - bədənin müxtəlif hissələrinə bərkidilməklə və bədən daxilində keçirilməsi halları da artıb: «Bədən daxilində narkotik maddələrin gətirilməsi halları xeyli artıb və bu üsulardan həm qadınlar, həm də kişilər istifadə edir».

DGK sədri belə halların artmasının səbəbinin İran tərəfində belə insanların yaxşı yoxlanılmaması ilə izah olunmasını düzgün saymır: «Bu, bəzi əməkdaşların səhlənkarlığının nəticəsi də ola bilər, amma əsas səbəb odur ki, texnologiyalar artdıqca, cinayətkarlar da yeni üsullardan istifadə etməyə başlayıb. Məsələn, bədən daxilində narkotik maddələrin keçirilməsi bu ildən çoxalıb». Bununla yanaşı, A.Əliyevin fikrincə, Azərbaycan tərəfi bu məsələni iranlı həmkarları qarşısında qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR