Bank Of Baku

Bakıda “Barış qadınlardan keçər” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Barış qadınlardan keçər” mövzusunda beynəlxalq konfrans keçirilir
# 10 dekabr 2010 09:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Bakıda “Azəri-Türk” Qadınlar Birliyinin təşəbbüsü ilə “Barış qadınlardan keçər” mövzusunda beynəlxalq konfrans keçirilir. APA-nın xəbərinə görə, tədbir Azərbaycan və Ermənistan qadınlarının dialoqunu təşkil etmək məqsədi ilə baş tutub. Qeyd olunub ki, tədbirdə Ermənistan Qadınlar Təşkilatının sədri Rubina Ter-Martirosyan və Ermənistanın Əsir və Girovlarla Əlaqədar Komitəsinin rəhbəri Rima Arakelyan iştirak etməli olsalar da, son anda onların Bakıya gəlməyəcəkləri açıqlanıb. Məlumata görə, onlar əvvəlcə konfransa qatılacaqlarını bildirsələr də, dünən gecə saat 24.00-da təhlükəsizlikləri ilə bağlı Bakıya gəlməyəcəklərini bəyan ediblər.
Tədbirdə o da qeyd olunub ki, Ermənistan təmsilçilərinin təhlükəsizliyinin təmin olunacağına əvvəlcədən təminat verilib.

“Barış qadınlardan keçər” layihəsinin rəhbəri Belçika Senatoru Dominik Timmans deyib ki, layihə çərçivəsində qadınların ilk dialoqu Tiflisdə keçirilib. Bu, ikinci görüşdür. Üçüncü görüş isə gələn il martın 8-də İrəvanda olacaq. “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı görüşün İrəvanda keçirilməsinə razılıq verdiyini bildirib.
Dördüncü görüş isə gələn il mayın 9-da Dağlıq Qarabağda baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR