Bank Of Baku

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib - <font color=red>FOTO</font>
# 10 dekabr 2010 11:45 (UTC +04:00)
Bakı-APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Heydər Əliyevin anım günü münasibətilə onun adını daşıyan muzeydə mərasim keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov tədbiri giriş sözü ilə açaraq, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və eləcə də keçmiş sovet ittifaqı rəhbərliyində təmsil olunduğu zamanlarda Azərbaycana, xalqına sədaqətlə və bacarıqla xidmət etməsindən danışıb. Tədbirdə çıxış edən Penitensiar Xidmətin məsul əməkdaşları da Azərbaycan dövlətçiliyinin tarixində əbədi yer tutan Heydər Əliyevin suverenliyin möhkəmləndirilməsi və inkişafında xüsusi rolunu qeyd ediblər.

Tədbirin sonunda iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmə tamaşa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR