Bank Of Baku

Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzi açılıb

Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzi açılıb
# 10 dekabr 2010 12:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi açılıb. Bakı Slavyan Universitetinin (BSU) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu günlərdə Minskdə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində BSU-nun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev, Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, səfirlik nümayəndələri, Minsk Dövlət Linqvistik Universitetinin rektoru Natalya Baranova, BSU rektoru Kamal Abdullayev və başqaları iştirak ediblər. 70-dən çox ixtisas üzrə 18 min tələbənin təhsil aldığı Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılışına həsr olunmuş təntənəli yığıncaqda universitetin rektoru, professor P.D.Kuxarçik Azərbaycan guşəsinin yaradılmasını ölkə həyatının əlamətdar bir hadisəsi kimi qiymətləndirib. P.D.Kuxarçik Kamal Abdullayevi “BDPU-nun inkişafına töhfəyə görə” (“Za vklad v razvitie BQPU”) döş nişanı ilə təltif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR