Bank Of Baku

Təhsil Nazirliyi ilə Avropanın “KNAUF İnternational GmbH” şirkəti arasında niyyət protokolu imzalanıb

Təhsil Nazirliyi ilə Avropanın “KNAUF İnternational GmbH” şirkəti arasında niyyət protokolu imzalanıb
# 10 dekabr 2010 12:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Təhsil Nazirliyi ilə Avropanın ən iri tikinti materialları istehsalçılarından biri olan “KNAUF İnternational GmbH” arasında niyyət protokolu imzalanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, niyyət protokoluna əsasən, ölkəmizin ilk peşə-ixtisas təhsili müəssisələrində “Quru inşaat ustası” peşəsi üzrə ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur. Bu məqsədlə Bakının 4 və 18, Gəncənin 3 saylı peşə liseylərində yeni dərs ilindən mütəxəssis hazırlığına başlamaq planlaşdırılır. Həmin liseylərdə yeni ixtisas üçün ayrılmış sinif otaqlarında və emalatxana sahələrində “KNAUF İnternational GmbH” tərəfindən tədris və təlim üçün lazım olan avadanlıq quraşdırılacaq. Eyni zamanda, liseyin istehsalat təlimi ustaları və ixtisas müəllimləri yeni peşə üzrə xüsusi hazırlıq keçəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR