Bank Of Baku

Oqtay Şirəliyev: “Qan tədarükü ilə məşğul olan tibb müəssisələrinin işindəki nöqsanlar bu fəaliyyətin səmərəliliyini aşağı salır”

Oqtay Şirəliyev: “Qan tədarükü ilə məşğul olan tibb müəssisələrinin işindəki nöqsanlar bu fəaliyyətin səmərəliliyini aşağı salır”
# 10 dekabr 2010 12:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyində “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı" çərçivəsində görülmüş işləri müzakirə etmək məqsədilə geniş kollegiya iclası keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev respublikada qan xidmətinin təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində tədarük olunan qanın həcminin artmasından, qanın təhlükəsizliyinin təmin edilməsində laborator nəzarətin gücləndirilməsindən danışıb.

Lakin bunlarla yanaşı, nazir deyib ki, qan xidməti müəssisələrinin idarə edilməsində pərakəndəlik, qan tədarükü ilə məşğul olan tibb müəssisələrinin işindəki nöqsanlar bu fəaliyyətin səmərəliliyini aşağı salır.

Bütün bunları nəzərə alaraq, Oqtay Şirəliyev ”Qan xidmətinin müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR