Bank Of Baku

Azərbaycanda Koreyada təhsil almış azərbaycanlı tələbələrin təşkilatı təsis olunub

Azərbaycanda Koreyada təhsil almış azərbaycanlı tələbələrin təşkilatı təsis olunub
# 10 dekabr 2010 13:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bakıda Korea International Cooreration Agency (KOICA) Məzunlar Təşkilatının (KOAZ) təsis yığıncağı keçirilib. KOICA-nın Azərbaycandakı ofisindən APA-ya daxil olan məlumata görə, dövlət məmurları və tələbələrdən ibarət 130 təlim iştirakçısı, koreyalı iş adamları, Koreya dili üzrə professorlar, koreyalı tələbələr və Azərbaycandakı Koreyalılar Cəmiyyətinin əlaqədar personalı tədbirdə iştirak ediblər.
Tədbirdə Koreyanın Azərbaycandakı səfirliyinin müşaviri Ceon Sunq-Min təbrik nitqi ilə çıxış edib, KOICA-nın Azərbaycan nümayəndəliyinin daimi nümayəndəsi Kim Üonq-Vu KOICA-nın Azərbaycandakı proqramları barədə məlumat verib. 2009-cu ildə KOICA Təqaüd Proqramı ilə Seul Milli Universitetini bitirən Fərrux Cumayev KOAZ-ın məqsədləri və gələcək planları barədə məlumat verib.
1996-cı ildən bəri Azərbaycandan ümumilikdə 260 dövlət işçisi və tələbə KOICA tərəfindən təşkil edilən təlim proqramlarında iştirak edib və indi KOICA təlimlərində əldə edilən biliklərdən də istifadə edərək Koreya və Azərbaycan arasındakı dostluğu inkişaf etdirmək və Azərbaycanın sosial və iqtisadi inkişafına töhfə vermək məqsədilə KOAZ yaradılıb. Koreya və Azərbaycan arasındakı əlaqələrdə və Azərbaycanın ümumi inkişafında KOAZ-ın vasitəçi kimi əsas rol oynaması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR