Bank Of Baku

Masallıda seminar-müşavirə keçirilib

Masallıda seminar-müşavirə keçirilib
# 10 dekabr 2010 14:56 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Bu gün Masallıda Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi ilə rayon fövqəladə hallar komissiyasının birgə təşkilatçılığı ilə “Cənub Regional Mərkəzlə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, rayon fövqəladə hallar komissiyasının sədri Seymur Nuriyev təbii fəlakətlər zamanı əhalinin maarifləndirilməsinin vacibliyini vurğulayıb. FHN Cənub Regional Mərkəzinin ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynov, operativ-reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin baş zabiti İzzət İbadov, istismarda olan binaların təhlükəsizliyinin monitorinqi sektorunun baş məsləhətçisi Nail Ağayev “Cənub Regional Mərkəzi ilə yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin əsas istiqamətləri”, “Torpaq sürüşməsi, onu əmələ gətirən amillər və regionda baş vermiş sürüşmə sahələri”, “Fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri” mövzusunda məruzələrlə çıxış ediblər. Tədbirdə torpaq sürüşmələrini, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolaqlarında inşa edilmiş tikililəri əks etdirən fotoslayd nümayiş olunub.
Sonda iştirakçılara “Hansı hallarda “112” və ya “0171-4-04-38” qaynar xətti ilə əlaqə saxlamaq lazımdır” mövzusunda kitabçalar paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR