Bank Of Baku

Bu il Azərbaycanda keçirilən əmək yarmarkalarında 5153 nəfər işlə təmin olunub

Bu il Azərbaycanda keçirilən əmək yarmarkalarında 5153 nəfər işlə təmin olunub
# 10 dekabr 2010 15:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhərində Nəsimi, Nərimanov və Binəqədi rayonları üzrə əmək yarmarkası təşkil edib. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, yarmarkada 217 müəssisə tərəfindən 2280 boş (vakant) iş yeri təqdim olunub. Onların 1806-sı özəl sektora aiddir. Təqdim edilən iş yerlərində ən yüksək əməkhaqqı 1200 manat, ən aşağı əmək haqqı isə 85 manat təşkil edib. Bununla yanaşı, cari ildən etibarən Bakı şəhəri üzrə rayon məşğulluq mərkəzləri tərəfindən keçirilən mini əmək yarmarkalarında 85 müəssisə tərəfindən 850 boş iş yeri təqdim olunub, 251 nəfər işsiz vətəndaş, 54 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaş, o cümlədən 28 nəfər əlil münasib işlərlə təmin olunub, 162 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.

Ümumilikdə isə iş axtaran və işsiz vətəndaşlar üçün bu il 55 şəhər və rayonda keçirilən əmək yarmarkalarına 2053 müəssisə 15804 boş iş yeri ilə qatılıb. Bu yarmarkalarda 5153 nəfər iş axtaran və işsiz vətəndaşa münasib işlər verilib, 619 nəfər peşə hazırlığı kurslarına, 482 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. Bu müddətdə Bakı, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlərdə 287 nəfər məzun və tələbə münasib işlərlə təmin edilib.

2010-cu ilin 11 ayı ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən əmək birjaları tərəfindən 3541 nəfər vətəndaş, o cümlədən 2044 nəfər qadın, 1569 nəfər gənc, 151 nəfər qaçqın və məcburi köçkün, 28 nəfər əlil müvəqqəti xarakterli işlərlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR