Bank Of Baku

Balakən rayonunda heyvanlar arasında quduzluq xəstəliyi yayılıb

Balakən rayonunda heyvanlar arasında quduzluq xəstəliyi yayılıb
# 10 dekabr 2010 15:15 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən rayonunda ev heyvanları və yırtıcı heyvanlar arasında quduzluq xəstəliyi yayılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayonu Kor Tala kənd sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, bu hal artıq 15 gündür ki, müşahidə edilir. İlk öncə kənd sakinləri - Paşa Pirməmmədova və Cahangir Baydarova məxsus iribuynuzlu mallar quduzluq xəstəliyinə tutulub. Kənd baytarlıq məntəqəsinin müdiri Telman Vəliyevin göstərişi ilə elə həmin gün heyvanlar ov tüfəngi ilə vurularaq basdırılıb. Bir həftə öncə isə kənd sakini Yusif Bayramova məxsus inək canavar hücumuna məruz qalıb. Ölmüş heyvan kəndin yaxınlığındakı sahəyə atılıb.

Bundan sonra Aydın Nəsibova məxsus atda quduzluq əlamətləri müşahidə olunub.
Bu gün həmin at kənd sakinlərinə hücum edib, 6 baş atı və 20 baş iribuynuzlu malı dişləyərək, onlara xəsarət yetirib. Bunu görən kənd sakinləri atı tüfənglə vuraraq basdırıblar. Sakinlərin sözlərinə əsasən, kəndin yaxınlığındakı meşə massivində quduzlaşmış çaqqallara rast gəlinir, çaqqallar yerli sakinlərə tez-tez hücum edirlər. Meşə zolağında çoxlu sayda ölmüş çaqqal cəsədləri var. Kənd sakinləri heyvanlar arasında yayılan quduzluq xəstəliyi ilə bağlı lazımi orqanlara müraciət etdiklərini, lakin bu günə kimi lazımi tədbirlər görülmədiyini deyiblər. Yerli əhali quduzluq xəstəlinin daha da geniş miqyas alacağından narahat olduqlarını deyiblər.

Balakən rayon Baytarlıq idarəsinin müdiri Mahir Abdullayev APA-ya məzuniyyətdə olduğundan Kor Tala kəndində quduzluq xəstəliyinin yayılması barədə yenicə xəbər tutduğunu deyib: “Artıq məsələ nəzarətə götürülüb. Həmin heyvanların saxlandığı tövlələrin və həyətyanı sahələr dezinfeksiya edilib. Kənddə bundan sonra da lazımi baytarlıq tədbirləri həyata keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR