Bank Of Baku

Göyçayda internat məktəbində xeyriyyə aksiyası keçirilib

Göyçayda internat məktəbində xeyriyyə aksiyası keçirilib
# 10 dekabr 2010 15:42 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları Göyçay şəhərindəki Səməd Vurğun adına internat məktəbində xeyriyyə aksiyası keçiriblər. APA-nın yerli bürosunun xəbərinə görə, xeyriyyəçilər internat məktəbində təhsil alan 350 uşağın hər birinə qış geyimləri, eləcə də şirniyyat və qida məhsullarından, məişətdə istifadə olunan əşyalardan ibarət bağlama hədiyyə ediblər. Sonra isə müxtəlif yaş qrupundan olan 13 əlilə arabalar təqdim olunub. Xeyriyyəçilər internat məktəbində növbəti humanitar tədbiri Novruz bayramı münasibətilə keçirəcəklərini bildiriblər.

Qeyd edək ki, artıq üçüncü ildir Göyçayda yardıma ehtiyacı olan insanların görüşünə gələn ziyalı qadınlar son 3 ildə öz məvacibləri hesabına Bakı, Sumqayıt, İsmayıllı və Salyanda da belə humanitar tədbirlər təşkil ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR