Bank Of Baku

Şəkidə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur

Şəkidə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur
# 10 dekabr 2010 16:29 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Şəki şəhərinin su təchisatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılıb. Bu barədə APA-nın Şəki-Zaqatala börosuna Şəki şəhər İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, bu gün Şəkinin sosial həyatında mühüm əhəmiyyətə malik iri bir lahiyənin icrasına başlanılıb. Şəki şəhərinin su təchisatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılması münasibəti ilə bu gün Şəki səhərində Kiş sugötürücüsü qurğusu, magistiral boru xəttinin inşası və mövcud su anbarının bərpası məqsədilə tikinti işlərinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Şəki şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı, Milli Məclisin deputatı Yaqub Mahmodov, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini –cənab Peter Ziegler, Almaniya İnkişaf (KFW) Bankının regional ofisinin direktoru – cənab Karsten Killian, İsveçrə İqtisadi Əməkdaşlıq (SECO) təşkilatının yerli əməkdaşı – xanım Nailə Səfərova və müvafiq təşkilat nümayəndələri iştirak ediblər. 2013-cü ildə tam baça çatdırilması planlaşdırılan lahiyyə iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə Şəki şəhərində su təchizatı sistemlərinin bir hissəsinin yenidən qurulması və tikintisi həyata keçiriləcək. Bu mərhələdə Kiş sugötürücü qurğular sahəsi, əsas magistral boru xətti və 2 ədəd mövcud su anbarının bərpası nəzərdə tutulur. Növbəti mərhələdə isə su təchizatı sistemlərinin qalan hissəsinin və bütövlükdə kanalizasiya sistemlərinin yenidənqurulması həyata keçiriləcək. Qeyd edək ki, bu “Açıq Kommunal İnfranstruktur Proqramı-2” lahiyyəsi çərçivəsində gerçəkləşdirilir. Lahiyyənin ümumi dəyəri 75,5 milyon ABŞ doları təşkil edir. Lahiyyəninin icraçı təşkilatı “Azərsu” ASC-dir. Lahiyyənin maliyyə mənbələri isə Almaniya İnkişaf Bankı, İsveçrənin SECO təşkilatı və Azərbaycan hökumətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR