Bank Of Baku

Şamaxıda keçirilən xeyriyyə aksiyasında 25 gözdən əlilin üzərində əməliyyat aparılıb

Şamaxıda keçirilən xeyriyyə aksiyasında 25 gözdən əlilin üzərində əməliyyat aparılıb
# 10 dekabr 2010 18:26 (UTC +04:00)
Şamaxı-Şahnəzər Bəşirov-APA. Mərkəzi Neftçilər Xəstəxanasının göz həkimləri Şamaxı Müalicə-Diaqnostika Mərkəzində humanitar aksiya keçiriblər. APA-nın Şirvan bürosunun xəbərinə görə Heydər Əliyev Fondunun təşəbbüsü və Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə dekabrın 9-10-da keçirilən aksiya çərçivəsində görmə problemi ilə üzləşən və katarakta xəstəliyinin diaqnozu qoyulan Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayon sakinləri üzərində əməliyyat aparılıb.

Həkimlər kataraktdan əziyyət çəkən 25 göz xəstəsini əməliyyat edib. Hazırda onların vəziyyəti normaldır.

Qeyd edək ki, bu il noyabrın 17-19-da Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri Şamaxı Müalicə-Diaqnostika Mərkəzində 7 nəfərin üzərində açıq ürək əməliyyatı həyata keçirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR