Bank Of Baku

Göygöl rayonunun ərazi vahidinin dəqiqləşdirilməsinə başlanılıb

Göygöl rayonunun ərazi vahidinin dəqiqləşdirilməsinə başlanılıb
# 11 dekabr 2010 10:10 (UTC +04:00)
Göygöl. Ayxan Hüseynov-APA. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları tərəfindən Göygöl rayonunun ərazi vahidi dəqiqləşdirilir. Tədbirlər planı ölkə başcısı İlham Əliyevin Azərbaycan respublikası ərazi vahidlərini və inzibati ərazi dairələrinin dövlət reystrinin aparılmasi həmçinin şəhadətnamalərin verilməsi istiqamətində imzaladığı sərəncama uyğun aparılır. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, işlərə komitə əməkdaşları ilə yanaşı Azərbaycan Dövlət Layihəçəkmə İnstitutunun mütəxəssisləri ətraf şəhər və rayonların torpaq şöbələrinin rəisləri və eyni zamanda bələdiyyə sədirləri cəlb olunub. İlk olaraq Göygöl rayonunun Aşıqlı, Molla Cəlilli, Üç Təpə və Xəqani bələdiyyələrin ərazi vahidləri müəyyənləşdirilib. Ərazilər ən müasir üsulla paytaxtan gətirilən CPS - qlobal mövqe müəyyən etmə cihazı vasitəsi ilə müəyyənləşdirilir. Ərazi vahidləri dəqiqləşdirildikdən sonra torpaqlar arasında mərz nişanları basdırılıb. Bu tədbirlər torpaqların düzgün istifadəsini və onların mühafizəsini təmin edəcək. Ərazi vahidlərinin dəqiqləşdirilməsi işində diqqət çəkən digər faktorlardan biri də Göygöl rayonu ilə qonşu şəhər və rayonlar arasında ərazi vahidlərinin dəqiqləşdirilməsidir. Artıq uzun illərdir bu sahədə ciddi problemlər var. Torpaq bölgüsündən sonra sözügedən şəhər və rayonun əraziləri tam dəqiqləşdiriləcək.
Qeyd edək ki, ərazilərin bölgüsü Qərb regionunun digər rayonlarında da aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR