Bank Of Baku

Füzuli rayonunun ən böyük yaşayış məntəqəsinə təbii qazın verilişinə başlanıb

Füzuli rayonunun ən böyük yaşayış məntəqəsinə təbii qazın verilişinə başlanıb
# 11 dekabr 2010 11:59 (UTC +04:00)
Füzuli. Rəşad Süleymanov-APA. Azərbaycanın Füzuli rayonunda ən böyük yaşayış məntəqəsinə təbii qazın verilişinə başlanıb. APA-nın məlumatına görə, bu münasibətlə bu gün rayonun Böyük Bəhmənli kəndində mərasim keçirilib. Mərasimdə Dövlət Neft Şirkətinin, “Azəriqaz” QSC-nin, və yerli təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini Şakir Hacıyev bildirib ki, Böyük Bəhmənli kəndinə bu ilin sentyabrından təbii qaz xəttinin çəkilişinə başlanıb. Beş mindən artıq əhalisi olan kəndin yarısı qazla təmin edilib. O, qeyd edib ki, gələn ilin ortalarına bütün kəndin qazla təminatı nəzərdə tutulub. Ş. Hacıyev bununla belə gələn ildən rayonun işğaldan azad olunmuş kəndlərində də təbii qaz xəttinin çəkilişinə başlanacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR