Bank Of Baku

Xınalıq kəndinə qaz çəkilir

Xınalıq kəndinə qaz çəkilir
# 11 dekabr 2010 16:38 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Azərbaycanın ən ucqar yaşayış məntəqəsi olan Quba rayonunun Xınalıq kəndinə mavi yanacaq veriləcək. APA-nın xəbərinə görə, rayon mərkəzindən 57 km uzaqlıqda yerləşən Xınalıq kəndi ilə yanaşı, qaz xəttinin keçdiyi ərazilərdəki 21 yaşayış məntəqəsi də qazlaşdırılacaq. Artıq rayonun qazpaylayıcı stansiyasından Xınalıq istiqamətində qaz kəmərinin çəkilməsinə başlanıb.

Hazırda işlər Qubadan 26 km aralıda yerləşən Qımıl-Qazmalar kəndi yaxınlığında davam edir. Ərazidə xüsusi texnika ilə təmin olunan 7 briqada çalışır. İş icraçısı Şirzad Qubadov bildirib ki, qaz kəmərinin eroziyaya uğramaması üçün 315 mm diametri olan poletilen borulardan istifadə olunur. Kəmərin çəkilişi 2011-ci ilin ortalarında başa çatdırılacaq.

Qeyd edək ki, Xınalıq kəndi istiqamətində olan əksər yaşayış məntəqələrinin əhalisi yanacaq kimi əsasən qurudulmuş mal peyinindən istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR