Bank Of Baku

Azərbaycanın dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti Sloveniyaya təcrübə mübadiləsinə göndərilib

Azərbaycanın dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti Sloveniyaya təcrübə mübadiləsinə göndərilib
# 13 dekabr 2010 08:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək (İSİ)” layihəsi çərçivəsində Azərbaycanın bir sıra dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti Sloveniyaya təcrübə mübadiləsinə göndərilib. Bu barədə APA-ya BMT İnkişaf Proqramının Bakı nümayəndəliyindən məlumat verilib.

Səfər Avropa İttifaqı və BMT İnkişaf Proqramının birgə icra etdiyi layihənin birinci modulu (İSİ haqqında məlumatlılıq səviyyəsinin artırılması və strateji sərhəd idarəçilik imkanlarına dəstək verilməsi) çərçivəsində həyata keçirilir. Dekabrın 13-dən 17-dək ICMPD-nin (Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi) təşkilatçılığı ilə gerçəkləşəcək səfərdə əsas məqsəd Avropa İttifaqı ölkələrində tətbiq olunan “İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi” konsepsiyası ilə tanışlıq, müasir dünyada, xüsusən Sloveniyada sərhədlərin idarə olunması sahəsində tətbiq olunan forma və metodların öyrənilməsi və bu sahədə qabaqcıl təcrübəni bölüşməkdən ibarətdir.

Səfər müddətində Sloveniyanın Baş Polis İdarəsi, Gömrük Komitəsi və Kinolojı Mərkəzində, həmçinin hava limanında görüşlər nəzərdə tutulur. Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsinin sədr müavini Rza Həsənəliyev, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisinin I müavini Cavad Qasımov, Dövlət Sərhəd Xidmətinin idarə rəisi, general-mayor Akif Şəfiyev, DSX aparat zabiti, mayor Vahid Osmanov, proqramın ölkə üzrə meneceri Məzahir Əfəndiyev daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR