Bank Of Baku

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın orta məktəblərində apardığı reydləri bu yaxınlarda yekunlaşdıracaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın orta məktəblərində apardığı reydləri bu yaxınlarda yekunlaşdıracaq
# 13 dekabr 2010 09:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtın orta məktəblərində apardığı reydləri bu yaxınlarda yekunlaşdıracaq. Bu barədə APA-ya BŞTİ-nin ümumtəhsil sektorunun müdiri Firudin Həmzəyev deyib. Onun sözlərinə görə, reydlər zamanı müəyyən nöqsanlar aşkarlanıb. Əsas nöqsanlar məktəbli forması, məktəbli kitabçaları ilə bağlıdır: “Bakı şəhəri üzrə ibtidai sinif şagirdləri üçün vahid məktəbli forması tələb edirik. Şagirdlərə geyimin formasını da demişik ki, geyim belə olmalıdır və məktəbə belə gəlmək lazımdır. Hazırda valideynlərə iş aparırıq, asta-asta da olsa, bu istiqamətə keçiləcək”.

F. Həmzəyev deyib ki, yoxlamalar zamanı məktəblərdə şagirdlərin, xüsusilə 10 və 11-ci sinif şagirdlərinin dərsə davamiyyətinin normal olduğu müəyyənləşib.
İdarə rəsmisinin sözlərinə görə, nöqsanların aradan qaldırılması üçün yerində tapşırıqlar, eyni zamanda, həmin problemlərin həlli üçün məktəb rəhbərliklərinə vaxt verilib. Amma yoxlamaların nəticələrindən asılı olaraq, hər hansı məktəb rəhbərliyinə qarşı cəza tədbirinin görülməsinə zərurət yaranmayacaq: “Çünki məktəblərdəki vəziyyət elə də kritik həddə deyil. Elə sinif var ki, orada nöqsan yoxdur, amma digərində zəif də olsa nöqsan var. Buna görə cəzaya ehtiyac yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR