Bank Of Baku

“bmi” və “İRƏLİ” İctimai Birliyi video müsabiqə keçirir

“bmi” və “İRƏLİ” İctimai Birliyi video müsabiqə keçirir
# 13 dekabr 2010 09:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “British Midland International” (bmi) aviaşirkəti və Azərbaycanın “İRƏLİ” İctimai Birliyi “Mən Londonda nə tapmaq istərdim” adlı yeni video müsabiqəyə başlayır.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, müsabiqənin iştirakçısı Londonda nə görmək istədiyi haqda yaradıcı bir konsepsiya fikirləşməli, video çəkməli və onu müsabiqəyə təqdim etməlidir.

Müsabiqə iştirakçılara Londona iki istiqamətli bilet və “bmi” şirkətindən mükafatlar udmaq şansı verir. Video müsabiqə təşəbbüsünü şərh edən “bmi” şirkətinin Azərbaycandakı satış üzrə meneceri Səbinə İsmayılova qeyd edib ki, bu, video çəkilişləri, habelə öz mobil telefonunun kamerasına video çəkməyi sevənlər üçün London haqda düşüncələrini bölüşmək və Britaniyanın paytaxtına ikitərəfli bilet udmaq üçün gözəl imkandır.

Qeyd edək ki, iştirak şərtlərinə əsasən, müsabiqədə yaşı 18-dən yuxarı olan bütün şəxslər iştirak edə bilər. Hər bir iştirakçı yalnız bir video təqdim edə bilər. Video iştirakçının Londonda nə görmək istədiyini əks etdirməli və 5 dəqiqədən artıq olmamalıdır. Hər bir iştirakçı öz videosunu YouTube saytına yükləməli və linkini [email protected] yaxud [email protected] ünvanına göndərməlidir. Elektron məktubun mövzu hissəsində iştirakçı “bmi videomüsabiqə” yazmalıdır, məktubun içində isə öz adını, məşğuliyyətini, əlaqə məlumatlarını, habelə, videonun qısa təsvirini qeyd etməlidir. Təqdim edilən bütün videolar “İRƏLİ” İctimai Birliyinin Facebook səhifəsinə yüklənəcək.

Video müsabiqə 2010-cu il dekabrın 13-dən dekabrın 26-dək davam edəcək. Müsabiqənin qalibi Londona ikitərəfli bilet və “bmi” şirkətindən hədiyyələr qazanacaq. İkinci yeri tutmuş şəxs Londona iki istiqamətli bilet əldə edəcək. Üçüncü yerin sahibinə “bmi” şirkətindən hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, “British Midland International” şirkəti “British Airways” aviaşirkətinin Aralıq dənizi regionu üzrə bölməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR