Bank Of Baku

Dünyada ikinci ən böyük xəstəlik sayılan dağınıq sklerozla bağlı cərrahiyyə əməliyyatları postsovet məkanında yalnız Azərbaycanda keçirilir

Dünyada ikinci ən böyük xəstəlik sayılan dağınıq sklerozla bağlı cərrahiyyə əməliyyatları postsovet məkanında yalnız Azərbaycanda keçirilir
# 16 dekabr 2010 10:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Mütəxəssislərin QİÇS-dən sonra insanlar arasında yayılma göstəricisinə görə ikinci ən böyük xəstəlik saydıqları dağınıq skleroz xəstəliyindən dünyada 2,5 milyon, Azərbaycanda isə 10000-dən artıq insan əziyyət çəkir. APA-nın məlumatına görə, bu rəqəmləri bu gün keçirdiyi mətbuat konfransında tibb elmlər namizədi, invaziv radioloq İlyas Həsənov açıqlayib. Onun sözlərinə görə, dağınıq skleroz xəstəliyinin dünyada bir çox müalicə metodları var: “Təəssüf ki, bu müalicələr xəstəliyin proqressivləşməsinin qarşısını ala bilmir və xəstələr zaman keçdikcə yataq xəstələrinə çevrilirlər. Xəstəliyin yaranma səbəbi hələ elmə tam məlum deyil. 2008-ci ildə italyan alimi, professor Paolo Zamboni bu xəstəliyin yaranma səbəblərindən birinin xronik serebro spinal venoz çatışmamazlığın (CCSVİ) olduğunu kəşf edib. 2009-cu ildən Avropanın bir çox ölkələrində CCSVİ aradan qaldırmaq üçün invaziv əməliyyatlar aparılır”.

Mütəxəssisin sözlərinə görə, postsovet məkanında ilk dəfə olaraq, bu əməliyyatlar onun tərəfindən Azərbaycanda Mərkəzi Gömrük Hospitalında bu ilin aprel ayından keçirilməyə başlanılıb. Artıq 40-a yaxın xəstənin üzərində bu əməliyyatlar uğurla yerinə yetirilib.
Avropada 10 min avroya başa gələn bu əməliyyatın Azərbaycanda qiyməti təxminən 5 min avrodur: “Əməliyyat 1-2 saat çəkir. Əməliyyatdan sonra xəstələrin şikayətləri təxminən 50-60 faiz azalır. Amma əməliyyat xəstəliyi yox, yalnız onun yaranma səbəbini aradan qaldıra bilir, beyində dağılmış mərkəzləri müalicə etmək mümkün olmur. Əgər xəstəliyin erkən mərhələsində müraciət edilərsə, bu əməliyyatın çox böyük əhəmiyyəti olur”.

İ. Həsənov deyib ki, bu xəstəliyin yaranma səbəblərindən biri hesab edilən CCSVİ beyindən gələn qan damarlarının daralmasıdır. Bu daralma nəticəsində beyində olan mərkəzlər dağılır. Xəstəliyin ilkin əlamətləri isə ikili görmə, baş gicəllənmə, zəiflikdir. Həkimin sözlərinə görə, xəstəliyin Azərbaycanda dəqiq diaqnozu təyin edilir. Sadəcə, indiyə qədər onun müalicəsi mümkün hesab edilməyib: “Xəstəliyin diaqnozunu qoymaq üçün ilk növbədə beyin və onurğa beyninin tomoqrafiyasını keçirmək lazımdır”.

Xəstəliyin yayılma göstəricisinə görə Azərbaycanın orta risk qrupuna daxil olan ölkələr sırasına aid edildiyini deyən İ. Həsənov deyib ki, bu xəstəlik əsasən cavan insanlar arasında, xüsusilə 20-30 yaşlı qadınlar arasında yayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR