Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,343 mln. nəfəri keçib

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,343 mln. nəfəri keçib
# 16 dekabr 2010 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il dekabr ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 343,4 min nəfər olub ki, onlardan 4 084,9 min nəfərini və ya 94%-ni iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-oktyabr aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 363,9 min nəfər, orta siyahı sayı isə 1 345,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 856,1 min nəfər, qeyri-dövlət bölməsində isə 489,8 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,3%-i məhsul istehsalı sahələrində, onlardan 2,6%-i mədənçıxarma sənayesində, 5,9%-i emal sənayesində, 2,2%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində, 1,6%-i su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahəsində, 5%-i tikintidə, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,9%-i topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 10%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,7%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,5%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,3%-i yaşayışın təşkili və ictimai iaşə, 0,9%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Bu il dekabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 39 min nəfər olub ki, onların 43,6%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub. İşsizliyə görə müavinətin orta məbləği 163,2 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR