Bank Of Baku

Gender bərabərliyi mövzusunda təlim kursu keçirilir

Gender bərabərliyi mövzusunda təlim kursu keçirilir
# 16 dekabr 2010 13:23 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdikləri “Dövlət qulluğunda gender yönümündən həssas yanaşma” layihəsi çərçivəsində “Dövlət qulluğunda gender bərabərliyi: praktiki tətbiq və gender yönümündən həssas yanaşma” mövzusunda təlim kursunun açılışı olub. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qeyd edilən layihə çərçivəsində tərəfindən “Dövlət qulluğunda gender bərabərliyi: praktiki tətbiq və gender yönümündən həssas yanaşma” adlı təlim vəsaiti hazırlanıb. Təlim kursunun məqsədi dövlət qulluqçularının gender məsələləri ilə bağlı potensialını artırmaq üçün bu vəsait əsasında xüsusi təlimçilərin hazırlanmasıdır.

Tədbirdə mərkəzi icra hakimiyyəti orqanlarının dövlət qulluğu, kadrlar və insan resurslarının idarəedilməsi üzrə struktur bölmələrin nümayəndələri və gender məsələləri üzrə müvəkilləri iştirak edirlər.

İki gün davam edəcək təlim kursunda “Gender haqqında ümumi məlumat”, “Azərbaycan Respublikasının gender siyasəti və beynəlxalq öhdəlikləri”, “Gender bərabərliyi, səmərəli idarəçilik və dövlət qulluğu” və “Dövlət qulluğunda gender yönümündən həssas yanaşma” mövzularında təqdimatlar dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR