Bank Of Baku

Kür və Araz çayları ətrafında bəndlərin, hidroqurğuların və kanalların vəziyyətini öyrənmək məqsədi ilə təhlillər aparılıb

Kür və Araz çayları ətrafında bəndlərin, hidroqurğuların və kanalların vəziyyətini öyrənmək məqsədi ilə təhlillər aparılıb
# 16 dekabr 2010 13:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Kür və Araz çayı ətrafında bəndlərin, hidroqurğuların və kanalların vəziyyətini öyrənmək məqsədi ilə təhlillər aparıb. APA-nın məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. K. Heydərovun sözlərinə görə, bu işlər Hollandiya şirkətlərinin iştirakı ilə həyata keçirilib. Yaxın vaxtlarda təhlillər hökumətə təqdim olunacaq: “Artıq işlər yekunlaşıb. Yəqin ki, təhlillərin nəticəsi olaraq dövlət proqramı hazırlanacaq. Bu proqrama uyğun olaraq sahilbərkitmə işləri, kanalların, suötürücülərin və kollektorların yenidən bərpası işlərinə başlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR