Bank Of Baku

ABŞ-ın maliyyələşdirdiyi layihəsi çərçivəsində Füzulinin Böyük Bəhmənli kəndindəki uşaq bağçası təmir olunub – FOTOSESSİYA

ABŞ-ın maliyyələşdirdiyi layihəsi çərçivəsində Füzulinin Böyük Bəhmənli kəndindəki uşaq bağçası təmir olunub – <font color=red>FOTOSESSİYA</font>
# 16 dekabr 2010 14:41 (UTC +04:00)
Bakı - APA. ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu tərəfindən maliyyələşdirilən və “Caunterpart İnternational” təşkilatının həyata keçirdiyi bərpa və bacarıqların gücləndirilməsi layihəsi sayəsində Füzuli rayonunun Böyük Bəhmənli kəndinin uşaqları indi müasir uşaq bağçasında məktəbəqədər təhsillə təmin ediliblər. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, layihə çərçivəsində yeni oyun meydançası tikilib istifadəyə verilib, uşaq bağçası müasir mebellər, oyuncaqlar və tədris materialları ilə təchiz olunub. Uşaq bağçasında müasir istilik sistemi quraşdırılıb, tibb otağı, mətbəx və camaşırxana lazımi avadanlıqlarla təmin edilib.

Yeni təmir edilmiş uşaq bağçasının açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Bricet Buçet çıxış edib. Açılışa Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin və Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri də qatılıb.

“Caunterpart İnternational” Füzuli rayonunda məcburi köçkünlərin yerləşdiyi üç kənddə uşaqların təhsilini yaxşılaşdırmaq üçün yerli təşkilatların və bələdiyyələrin bacarıqlarının gücləndirilməsinə də dəstək verib. Böyük Bəhmənli, Aşağı və Yuxarı Kürdmahmudludan olan 30-dan çox müəllimə uşaq bağçasında təhsilin keyfiyyətinə kömək edəcək “Azyaşlı uşaqların inkişafı” proqramı üzrə təlim keçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR