Bank Of Baku

Ombudsmanın İşgəncələr əleyhinə MPM qrupunun üzvləri internat məktəblərinə baxış keçiriblər

Ombudsmanın İşgəncələr əleyhinə MPM qrupunun üzvləri internat məktəblərinə baxış keçiriblər
# 16 dekabr 2010 15:35 (UTC +04:00)
Bakı-APA. İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Təhsil Nazirliyinin Şüvəlan qəsəbəsində yerləşən Beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16 saylı xüsusi və Zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün xüsusi ümumtəhsil respublika internat məktəblərinə baxışlar keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrupun üzvləri bu internat məktəbləri şagirdlərinin yaşayış şəraiti və qida təminatını araşdırmış, yataq yerlərinə, sinif, məşğələ və kompüter otaqlarına, kitabxanaya və digər obyektlərə baxıb, həmin müəssisələrin direktorları, müəllim və tərbiyəçiləri, habelə həkimlərlə söhbət aparmış, uşaqların problemlərini öyrəniblər.
16 saylı xüsusi internat məktəbinin korpuslarında Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir-bərpa işlərinin aparıldığı, bu işlərin bilavasitə Fondun prezidenti Mehriban Əliyevanın diqqətində olduğu bildirilib.
Zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün xüsusi ümumtəhsil respublika internat məktəbinə baxış zamanı bəzi korpusların əsaslı təmirə ehtiyacı olduğu, həmçinin yataq otaqlarında uşaqların əşyaları üçün nəzərdə tutulmuş dolabların çatışmadığı aşkar edilib.
Adı çəkilən müəssisələrin direktorlarına rəhbərlik etdikləri internat məktəblərində saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR