Bank Of Baku

DMX rəisi: “Azərbaycanda 400 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs var”

DMX rəisi: “Azərbaycanda 400 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs var”
# 17 dekabr 2010 08:40 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov 18 dekabr Beynəlxalq Miqrasiya gününə həsr olunan tədbirdə çıxışında bildirib.

A.Rəhimov deyib ki, bu gün Azərbaycana yaşamaq, işləmək üçün gələnlərin sayı çoxdur: “Ümumiyyətlə, bu gün Azərbaycanda 400 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs var. Bu siyahıya tələbələr də daxildir. Azərbaycanda qanunsuz miqrasiyaya qarşı mübarizə aparılır, amma miqrantlara xoş münasibət də var”.

A.Rəhimov onu da deyib ki, DMX-yə bu il ərzində 50 mindən artıq müraciət daxil olub: “Bu kiçik rəqəm deyil. Biz hər bir müraciətə fərdi qaydada yanaşırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR