Bank Of Baku

Bakı Dövlət Universitetində Xaricdə Təhsil Sərgisi keçirilir - FOTOSESSİYA

Bakı Dövlət Universitetində Xaricdə Təhsil Sərgisi keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 17 dekabr 2010 09:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Xaricdə Təhsil Sərgisi başlayıb. APA-nın məlumatına görə, Bakı Təhsil Məlumat Mərkəzi (BTMM) tərəfindən təşkil olunan sərgidə universitetin tələbə və müəllim heyəti ilə yanaşı müxtəlif xarici təhsil müəssisələri iştirak edib.

BDU-nun prorektoru İsmayıl Əliyev bildirib ki, bu sərgi tələbələrin magistr təhsili almalarına seçim imkanları yaradır. Sərginin məqsədi də xaricdə təhsil almaq imkanları haqqında məlumat yaymaqdır.

BTMM-in rəhbəri Cavanşir Məmmədov isə bildirib ki, sərgidə 20-yə yaxın təşkilat iştirak edir. Təhsil sərgisinin növbəti illərdə daha geniş şəkildə keçirilməsi planlaşdırılır. Növbəti sərginin isə gələn ilin yaz aylarında BDU-da təşkil olunması nəzərdə tutulur.

Təhsil nazirinin müavini Elmar Qasımov isə bu tip sərgilərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını və Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyini vurğulayıb. Nazir müavini onu da qeyd edib ki, sərgilər azərbaycanlı tələbələrin xaricdə təhsil müəssisələrini seçmələrinə böyük təsir göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR