Bank Of Baku

Xarici ölkələrin ali məktəblərində 10 mindən çox azərbaycanlı tələbə təhsil alır

Xarici ölkələrin ali məktəblərində 10 mindən çox azərbaycanlı tələbə təhsil alır
# 17 dekabr 2010 10:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Son bir neçə ildə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayında artım müşahidə olunur. APA-nın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Elmar Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda dövlət proqramı, dövlətlərarası müqavilələr əsasında, səfirliklərin təqaüdləri hesabına, fərdi qaydada və digər formada xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı 10 minə yaxındır: «Bunun min nəfərə yaxını dövlət proqramı hesabına dünyanın ən nüfuzlu təhsil müəssisələrində çox vacib ixtisaslar üzrə təhsil alırlar. Bura biotexnologiya, nanotexnologiya, tibb, mühəndislik və s. ixtisaslar daxildir”.

Nazir müavini onu da qeyd edib ki, dövlət proqramları hesabına xaricdə təhsil almış tələbələrin Azərbaycana qayıdanda işlə təmin olunmasında heç bir problem yaranmır.

E. Qasımov bununla yanaşı, hazırda Azərbaycanın təhsil müəssisələrində 50 ölkədən 6500 əcnəbi tələbənin təhsil aldığını da qeyd edib. Əcnəbi tələbələr əsasən Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet və digər təhsil müəssisələrində oxuyurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR