Bank Of Baku

Dövlət Miqrasiya Xidmətinin rəisi: “Miqrasiya Məcəlləsinin qəbul olunmasına artıq tam yaxınlaşmışıq”

Dövlət Miqrasiya Xidmətinin rəisi: “Miqrasiya Məcəlləsinin qəbul olunmasına artıq tam yaxınlaşmışıq”
# 17 dekabr 2010 10:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Miqrasiya Məcəlləsinin qəbul olunmasına artıq tam yaxınlaşmışıq”. APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov bu gün 18 dekabr - Beynəlxalq Miqrant Günü ilə əlaqədar keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, bu məcəllənin hazırlanması üçün 2007-ci ilin iyunundan iş aparmağa başlayıblar. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

A. Rəhimov deyib ki, Azərbaycanda miqrasiya sahəsi ilə bağlı qanunvericilikdə ciddi dəyişiklər edilib. Amma buna baxmayaraq, bu qanunvericiliyin təkmilləşdirilməsi üçün görülməli işlər hələ çoxdur: ”Biz bunu görürük, eyni zamanda həm də qanunvericiliyin təkmilləşdirilməsi üçün işləyirik. Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəlikləri, eləcə də müvafiq qurumlarla bu sahədə işlər həyata keçirirlər”.

A.Rəhimov Azərbaycanın ölkə daxili miqrantların sayı ilə seçildiyini də söyləyib. DMX rəisi qeyd edib ki, bu gün Azərbaycanda hər 8 nəfərdən biri miqrantdır: “Miqrasiya problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da ön sıralardadır. Keçmiş sovetlər birliyi dağılanda Azərbaycan bu problemlə üzləşən ilk ölkələrdən biri oldu. 250 mindən artıq soydaşımız Ermənistandan deportasiya olundu, rayonların işğalı nəticəsində 750 mindən çox insan didərgin düşdü”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR