Bank Of Baku

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
# 17 dekabr 2010 11:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) nümayəndə heyəti Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritə Baş Komandanlığının (Harita Genel Komutanlığı) dəvəti ilə bu ölkədə səfərdə olub. Bu barədə APA-ya DTXK-dən məlumat verilib.

Komitə sədri Qərib Məmmədovun rəhbərlik etdiyi heyət “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında xəritəçilik sahəsində təhsil, texniki və elmi əməkdaşlıq haqqında” sazişin müddəalarına uyğun olaraq qurumlar arasında 2010-cu ildə nəzərdə tutulmuş və yerinə yetirilmiş dövlət əhəmiyyətli işləri, o cümlədən 2011-ci ildə həyata keçiriləcək işləri müzakirə ediblər.

Qeyd edək ki, DTXK ilə Xəritə Baş Komandanlığı arasında geodeziya və xəritəçəkmə sahəsində əməkdaşlıq 1995-ci ildən başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR