Bank Of Baku

Dənizkənarı Parkda tütün tüstüsündən azad zona yaradılıb

Dənizkənarı Parkda tütün tüstüsündən azad zona yaradılıb
# 17 dekabr 2010 13:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası Bakıda tütün tüstüsündən azad ictimai yerlərin yaradılmasına başlayıb. APA-nın məlumatına görə, bu gün Dənizkənarı Parkda belə yerlərdən biri – “Leyla” kafesinin təqdimatı keçirilib. Assosiasiyanın rəhbəri Nurlan Əliyev bildirib ki, Bakı şəhərində tütündən azad zonaların yaradılması ilk növbədə əhalinin sağlamlığı üçün vacibdir: “İaşə obyektlərinin bu layihəyə qoşulması onlara iqtisadi baxımdan zərər vermir. Əksinə, bir çox ailələr burada öz uşaqları ilə dincəlmək imkanı əldə edirlər”.

N. Əliyev deyib ki, assosiasiya 2009-cu ildən Azərbaycanda tütünlə mübarizəyə başlayıb. Təşkilat könüllü olaraq əhalini tütünün zərərləri barədə məlumatlandırır və tütün tüstüsündən azad zonaların yaradılmasına yardım göstərir. Assosiasiya tütünlə mübarizəni gələn il də davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR