Bank Of Baku

AMEA-nın vitse-prezidenti: “Doktoranturaya qəbul haqqında elan fevraldan tez verilməyəcək”

AMEA-nın vitse-prezidenti: “Doktoranturaya qəbul haqqında elan fevraldan tez verilməyəcək”
# 17 dekabr 2010 14:28 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Arif Həşimov APA-ya bildirib ki, həmin təhsil müəssisələri fəlsəfə, elmlər doktoru dərəcələri, dissertantura, qiyabi və əyani şöbələr üzrə qəbul planlarını təqdim etməlidirlər. Həmin qəbul planları AMEA və Təhsil Nazirliyi rəy verdikdən sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Daha sonra isə Nazirlər Kabineti qəbul planını təsdiqləyərək qəbul haqqında elan verəcək.

A. Həşimov deyib ki, “Doktoranturaya qəbul aparılması qaydaları”na görə, doktoranturaya qəbul prosesi plan təsdiqləndikdən və qəbul elanını açıqladıqdan bir ay sonra olmalıdır: “Bu proseslərin hamısı gələn ilin yanvar ayında olarsa, onda qəbul haqqında elan yəqin ki, fevraldan tez verilməyəcək”.

AMEA rəsmisi deyib ki, əgər qəbul 2011-ci ildə keçirilərsə, onda doktoranturaya qəbul 2011-2012-ci tədris ili üzrə olacaq.

A. Həşimovun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, bu il doktoranturaya qəbul planı tamamilə dəyişilə bilər: “Çünki indi fəlsəfə, elmlər doktoru üzrə qəbul aparılacaq. Gərək baxaq ki, təhsil müəssisələri fəlsəfə və elmlər doktoru üzrə nə qədər plan yeri istəyəcəklər. Adətən elmlər doktoru üzrə bizdə təhsil yalnız dissertantlıq yolu ilə olurdu. İndi isə bu, doktorantura yolu ilə olacaq. Buna görə də baxaq görək, bunu istəyən olacaq, ya olmayacaq, dissertantlıq planları nə qədər veriləcək? Bundan əlavə, bu il ödənişli ixtisaslar üzrə də qəbul aparılacaq. Bunlar hamısı yenilikdir”.

A. Həşimov deyib ki, xarici vətəndaşlar bu pillədə ödənişli təhsil alırlar. Amma bu il Azərbaycan vətəndaşları üçün doktoranturaya ödənişli ixtisaslar üzrə ilk dəfə qəbul aparılacaq. Buna baxmayaraq, ödənişli ixtisaslar üzrə illik təhsil haqqının nə qədər olacağı hələ müəyyənləşdirilməyib: “Bu məsələ hələ də açıq qalıb. Amma birinci baxmaq lazımdır görək, bu il ödənişli ixtisaslar üzrə yer verən olacaqmı? İnanmıram ki, bu il ödənişli ixtisaslar üzrə yer verən olsun. Çünki buna hələ hazır deyillər”. A. Həşimov onu da əlavə edib ki, ödənişli ixtisaslar üzrə qəbulun aparılması üçün təhsil müəssisələrinə məhdudiyyət qoyulmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR