Bank Of Baku

Azərbaycanda telemetrik-peyk rabitə tipli yeni seysmik stansiyaların sayı 30-a çatdırılacaq - FOTO

Azərbaycanda telemetrik-peyk rabitə tipli yeni seysmik stansiyaların sayı 30-a çatdırılacaq - <font color=red>FOTO</font>
# 17 dekabr 2010 14:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən yeni telemetrik - peyk rabitə kanallı seysmik stansiyaların iş prinspi ilə yaxından tanış olması və biliklərini daha da təkmilləşdirilməsi məqsədilə dekabrın 15-17-də Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları üçün seminar-treninq keçirilib. Mərkəzdən APA-ya verilən məlumata görə, RSXM-nin baş direktoru Qurban Yetirmişli seminarda bildirib ki, 2003-cü ildən başlayaraq, respublika ərazisində seysmik monitorinq sisteminin yenidən qurulması və seysmik araşdırmaların daha da təkmilləşdirilməsi məqsədi ilə ABŞ-ın «Kinemetrcs» şirkətindən alınmış telemetrik - peyk rabitə kanallı seysmik stansiyaların quraşdırılıb istifadəyə verilməsi prosesi davam edir. Artıq 25 telemetrik seysmik stansiyanın işlədiyini bildirən baş direktor hazırda yeni iki stansiyada - Qobustan və Qəbələdə aparılan tikinti-quraşdırma işlərinin yekunlaşmaq ərəfəsində olduğunu deyib. Baş direktor yeni stansiyaların tikinti-quraşdırma işlərinin gələn il də davam edəcəyini, Naxçıvan Muxtar Respublikasında (Ordubad və Şahbuz rayonlarında) iki və Qusar (Həzri) rayonunda bir stansiyanın quraşdırılacağını və bununla da telemetrik - peyk rabitə tipli yeni seysmik stansiyaların sayının 30 - a çatacağını bildirib. Baş direktor həmçinin onu da əlavə edib ki, işğal altında olan rayonlarımız tezliklə azad olunduqdan sonra Kəlbəcər, Ağdam və Cəbrayıl rayonlarında seysmik stansiyalarımız bərpa olunacaq. Baş direktor telemetrik - peyk rabitə kanallı seysmik stansiyaların yeni texnologiyalara uyğun olduğunu və bu stansiyaların iş prinspi ilə bağlı mərkəzin əməkdaşlarının biliklərinin təkmilləşdirilməsinin işin səmərəliliyinin artırılması baxımından da vacib olduğunu qeyd edib.
Onun sözlərinə görə, 2008-2009-cu illərdə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə RSXM-ə əlavə 7 komplekt telemetrik - peyk rabitəli seysmik stansiyası, 2010-cu ildə isə daha 9 komplekt telemetrik - peyk rabitəli seysmik stansiyalar alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR