Bank Of Baku

“Aşura günü” ilə bağlı keçirilən aksiyada 884 litr qan toplanıb

“Aşura günü” ilə bağlı keçirilən aksiyada 884 litr qan toplanıb
# 17 dekabr 2010 14:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin “Aşura günü” ilə bağlı birgə təşkil etdiyi qanvermə aksiyalarında 2210 nəfər könüllü qan verib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyada 884 litr qan tədarük olunub. Həmin qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiyalar Bakıda “Mir-Mövsüm ağa”, “Təzə pir”, “Bibi-Heybət”, “Cümə”, “Qaraçuxur”, “Soltan-Əli” məscidlərində, Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə şəhər məscidlərində, Gəncə İmamzadə məscidində, Lənkəran və Quba Mərkəzi Rayon Xəstəxanalarında keçirilib.
Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR