Bank Of Baku

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda tarixçi alim Qafar Cəbiyevin 60 illiyi qeyd olunub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda tarixçi alim Qafar Cəbiyevin 60 illiyi qeyd olunub
# 17 dekabr 2010 15:03 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda tarixçi alim, tarix elmləri doktoru Qafar Cəbiyevin anadan olmasının 60 illiyi münasibətilə yığıncaq keçirilib. İnstitutdan APA-ya verilən məlumata görə, tədbirdə Q. Cəbiyevin 1980-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunun aspiranturasına daxil olduğu, 1981-1990-cı illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifəsində işlədiyi, 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi aldığı bildirilib. Qeyd olunub ki, hazırda Azərbaycan Müəllimləri İnstitutunun professoru, Milli Televiziya və Radio Şurasının üzvü olan Q. Cəbiyev 2003-cü ildən etibarən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışır. Çıxışlarda onun uzun illərdir ki, Qəbələ, Bakı, İsmayıllı, Ağsu və Kürdəmir ərazisindəki arxeoloji abidələrin öyrənilməsində bilavasitə iştirak etdiyi, 2007-ci ildə Girdiman tarixi mövzusunda doktorluq dissertasiyası müdafiə etdiyi açıqlanıb.

Yubiley tədbirində Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Vəli Əliyev, İlyas Babayev, Geologiya İnstitutunun şöbə müdiri, professor Hikmət Məhəmmədov, ”Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov və başqaları çıxış ediblər.

Qeyd olunub ki, Q. Cəbiyev “Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “ Can Azərbaycan”, “Bura vətəndir”, “Girdiman tarixi”, “Ağsu şəhəri orta əsrlərdə” kitablarının, habelə 150-dən çox elmi, 500-dən çox elmi-publisist məqalə müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR