Bank Of Baku

Bakı Slavyan Universitetinin “Səfir saatı” klubunda Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Bakı Slavyan Universitetinin “Səfir saatı” klubunda Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
# 17 dekabr 2010 15:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Slavyan Universitetinin (BSU) “Səfir saatı” klubunda Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Herbert Kvelle ilə görüş keçirilib. APA-nın məlumatına görə, BSU-da Alman dili və mədəniyyəti mərkəzində təşkil olunmuş görüşdə universitet rəhbərliyi ilə yanaşı millət vəkilləri, roman-german ixtisası üzrə təhsil alan tələbələr də iştirak ediblər. Tədbirdən əvvəl səfir H.Kvelle ilə BSU-nun rektoru, professor Kamal Abdullayevlə görüşü olub. Universitetlə Almaniya təhsil və elm mərkəzləri arasındakı əlaqələrdən danışan rektor qonağa BSU-da fəaliyyət göstərən Alman dili və mədəniyyəti mərkəzi haqqında məlumat verib. BSU-nun Almaniya elm və tədris ocaqları ilə qurulmuş əməkdaşlığı yüksək qiymətləndirilən H. Kvelle bundan sonra da münasibətlərin möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib: “Bir alman səfiri kimi, mənim üçün sevindirici haldır ki, Bakı Slavyan Universitetində alman dilinə, ədəbiyyatına, mədəniyyətinə çox böyük maraq göstərirlər. Ümidvaram ki, mövcud yüksək səviyyəli əlaqələrimizi daha da dərinləşdirəcəyik”.
Tədbirin bədii hissəsində roman-german ixtisası üzrə təhsil alan tələbələr tərəfindən alman dilində Hötenin “Faust”əsərindən və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından səhnəciklər nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR