Bank Of Baku

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
# 17 dekabr 2010 17:47 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyevin 13 dekabr 2010-cu il tarixli Sərəncamı ilə yeni yaradılmış regional ağır cinayətlər, inzibati-iqtisadi və həmçinin bəzi digər məhkəmələrin sədrləri təyin olunmuşlar və yeni məhkəmələr 2011-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayacaqlar. Dövlət başçısının qeyd edilən sərəncamından irəli gələn məsələlər Məhkəmə-Hüquq Şurasında Şuranın sədri, Ədliyyə Naziri Fikrət Məmmədovun, Ali Məhkəmənin sədri Ramiz Rzayevin və yeni təyin olunmuş məhkəmə sədrlərinin iştirakı ilə geniş müzakirə edilib. Bu barədə APA-ya Məhkəmə-Hüquq Şurasından məlumat veriblər.

Tədbirdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların, o cümlədən cari ildə yeni regional ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin yaradılmasının, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsinin məhkəmə fəaliyyətinin inkişafında rolu qeyd edilmiş, həmin məhkəmələrin fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması üçün təşkilati tədbirlər nəzərdən keçirilib.

Həmçinin iclasda, insan haqlarının etibarlı təmin olunmasında yeni məhkəmələrin üzərinə düşən mühüm vəzifələr, bu sahədə məhkəmə sədrlərinin yüksək məsuliyyəti qeyd edilib, vətəndaşların haqlı narazılığına səbəb olan nöqsan və çatışmazlıqların qətiyyətlə aradan qaldırılması zərurəti vurğulanıb, mövcud problemlərlə maraqlanılıb, konkret tapşırıqlar müəyyən edilib.

Yeni təyin olunmuş məhkəmə sədrləri tədbirdə çıxış edərək onlara göstərilmiş etimada görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə edərək mövcud nöqsanların aradan qaldırılması üçün əzmkarlıqla çalışacaqlarını, ədalət mühakiməsini həyata keçirərkən qanunun aliliyini və hakimin yüksək adını daim uca tutacaqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR