Bank Of Baku

UNİCEF gələn ildən Azərbaycanda yeni proqramın icrasına başlayacaq

UNİCEF gələn ildən Azərbaycanda yeni proqramın icrasına başlayacaq
# 17 dekabr 2010 19:49 (UTC +04:00)
Bakı-APA. Dekabrın 17-də “Dalğa Plaza” biznes-mərkəzində UNİCEF-in Azərbaycan nümayəndəliyinin yeni ofisinin açılmasına həsr olunmuş tədbir keçirilib.

Dövlət qurumlarının, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevord bildirib ki, təşkilat Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycan üçün ən çətin illərdə UNİCEF uşaq və gənclərə, qaçqın və məcburi köçkünlərə, ümumən yüz minlərlə insana yardım məqsədilə bir sıra layihələrin həyata keçirilməsində iştirak edib. Sonrakı illərdə isə təşkilat Azərbaycanda təhsil, səhiyyə sistemlərinin inkişafı və dünya standartlarına uyğunlaşdırılması ilə bağlı uzunmüddətli proqramların icrasına başlayıb.

Mark Herevord 2011-ci ildən etibarən UNİCEF-in Azərbaycanda 4-cü proqramının icrasına başlanacağını bildirib. Təşkilat rəhbərinin sözlərinə görə, proqram çərçivəsində uşaq və gənclər yönümlü layihələr, maarifləndirici kampaniyalar təşkil ediləcək.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev təşkilatın Azərbaycanda uzun illər davam edən fəaliyyəti ərzində uşaqlarla bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətli olduğunu və dövrün tələblərinə cavab verdiyini bildirib. O, dövlət siyasətinin gənclərin sosial rifahının yüksəldilməsinə, onların inkişafına yönəldiyini qeyd edərək Gənclər və İdman Nazirliyinin bu istiqamətdə beynəlxalq təşkilatlarla, xüsusən UNİCEF ilə sıx və səmərəli işbirliyi qurduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR