Bank Of Baku

Azərbaycanda fin qəsəbələrinin ləğvi 2013-cü ilədək başa çatdırılacaq

Azərbaycanda fin qəsəbələrinin ləğvi 2013-cü ilədək başa çatdırılacaq
# 18 dekabr 2010 10:18 (UTC +04:00)
Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya, Mətbuat Xidməti Departamentinin direktoru Sənan Hüseynov APA-ya bildirib ki, ümumilikdə 2013-cü ilə qədər ölkə ərazisindəki bütün fin qəsəbələrinin ləğvi nəzərdə tutulur.

Onun sözlərinə görə, Azərbaycandakı 16 fin qəsəbəsindən artıq üçü ləğv edilib: “Hazırda qalan qəsəbələrin ləğvi üçün yeni yaşayış məntəqələrinin salınması üçün torpaq sahələrinin ayrılması prosesi gedir. Artıq İmişlidə fin qəsəbəsində məskunlaşmış məcburi köçkünlər üçün yeni yaşayış məntəqəsinin salınması üçün torpaq sahəsi ayrılıb və həmin sahə komitənin balansına daxil edilir. Eyni zamanda, Ağcabədi və Şəkidə də torpaq sahəsi ayrılıb, orada layihələndirmə işləri başa çatıb”.

S. Hüseynov deyib ki, köçkünlər üçün yeni qəsəbələr onların məskunlaşdığı ərazidə salınacaq: “Yeni əraziyə köçürüldükdən sonra işsizlik problemi ilə qarşılaşmamaları üçün köçkünlərin yeni əraziyə köçürülməsi zamanı bu məsələ xüsusilə nəzərə alınır. Köçkünlərin əksəriyyəti həmin rayonlarda uzun müddət məskunlaşıblar və orada işlə məşğuldurlar. Ona görə də onları öz işlərindən kənarlaşdırılmamaq üçün elə məskunlaşdıqları rayonlarda da yeni qəsəbələr tikilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR