Bank Of Baku

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dair normativ hüquqi aktlar təsdiqlənib

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dair normativ hüquqi aktlar təsdiqlənib
# 18 dekabr 2010 13:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunu ilə bağlı bütün normativ hüquqi aktları qəbul edilib.

Maliyyə Nazirliyindən Dövlət Sığorta Nəzarəti Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, normativ hüquqi aktlarda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması, həmçinin əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə annuitet haqqının məbləğinin hesablanması və digər qaydalar əksini tapıb.

Qeyd edək ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” qanun bu ilin iyul ayının 3-də qüvvəyə minib. 23 maddədən ibarət olan qanun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta sahəsində münasibətləri tənzimləyir, həmçinin bu münasibətlərin hüquqi, iqtisadi və təşkilatı əsaslarını müəyyən edir. Qanun Azərbaycanın Konstitusiyasından, Mülki Məcəllədən, Əmək Məcəlləsindən “Sığorta fəaliyyəti haqqında” qanundan və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlardan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR