Bank Of Baku

ABŞ səfirliyi Mingəçevirdə fotosərgi təşkil edib

ABŞ səfirliyi Mingəçevirdə fotosərgi təşkil edib
# 18 dekabr 2010 16:57 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov - APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin və Mingəçevir Media Mərkəzinin birgə təşkil etdiyi “İlin şəkilləri fotosərgisi”nin açılışı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, dekabrın 18-də Mingəçevir Media Mərkəzində keçirilən açılış mərasimində çıxış edən ABŞ səfirliyinin mətbuat katibi Kis Bin bildirib ki, bir ay davam edəcək sərgidə müxtəlif ölkələrdə çəkilən və insanların həyatının mənalı anlarını, faciələri və müharibələri, təbiətdə baş verən dəyişiklikləri, siyasi hadisələri əks etdirən 50 foto nümayiş etdiriləcək. Həmin fotolar beynəlxalq müsabiqələrin qalibi olub. Gün ərzində sərgiyə 300 nəfərə müəllim və tələbə, orta məktəb şagirdləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri baxıb.

Sərginin açılışından sonra ABŞ səfirliyinin mətbuat katibi Kis Bin və ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Mehdi Hüseynquliyev “Mingəçevir işıqları” qəzetinin kollektivi ilə görüşüb, Beynəlxalq Miqrasiya Təşkilatının maliyyə dəstəyi ilə Mingəçevir Valideynlər Assosiasiyasının nəzdində yaradılan İnsan alveri qurbanları üçün Reabilitasiya və Reinteqrasiya Mərkəzinə də baş çəkib. Sonra isə Mingəçevir Media Mərkəzində Azərbaycan-ABŞ münasibətləri barədə görüş keçirilib. Ali məktəb tələbələrinin və orta məktəblərin XI sinif şagirdlərinin qatıldığı tədbirdə ABŞ-da təhsil almaq istəyən gənclərə faydalı məsləhətlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR