Bank Of Baku

MAGİYA İctimai Birliyi Lənkəranda tədbir keçirib – FOTO

MAGİYA İctimai Birliyi Lənkəranda tədbir keçirib – FOTO
# 18 dekabr 2010 20:29 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyi (MAGİYA) “Save the Children” (Uşaqların Xilası) beynəlxalq təşkilatı və “Ümidli Gələcək” Gənclər Təşkilatı ilə birgə Avropa Birliyi və “StatoilHydro” şirkətinin maliyyə dəstəyi ilə dekabrın 18-də Lənkəran şəhərində “Yeniyetmələr üçün həyat bacarıqlarının inkişafı” layihəsi çərçivəsində dəyirmi masa keçirib. APA-nın cənub bürosunun məlumatına görə, Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin, Lənkəran peşə liseyinin, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi internat məktəbin və Lənkəran Məşğulluq Mərkəzinin əməkdaşlarının, eləcə də yerli QHT və KİV nümayəndələrinin iştirak etdikləri tədbirin əsas məqsədi 2010-cu il ərzində “Yeniyetmələr üçün həyat bacarıqlarının inkişafı” layihəsinin icrası ilə əlaqədar MAGİYA İctimai Birliyinin təqdimatının keçirilməsindən, layihə ilə bağlı ictimai müzakirələrin aparılmasından və gələcək fəaliyyət üçün müvafiq təkliflərin hazırlanmasından ibarət olub. Tədbir zamanı interaktiv qrup müzakirələri, debatlar, təqdimatlar, fokus qrup müzakirələri, uğur hekayələri və digər metodlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR